23 Mart 2016 16:33
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalındakı kürd muxariyyətinin rəhbəri Məsud Bərzani PYD ilə PKK-nın büsbütün eyni şey olduğunu deyib.

Teleqraf.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, “Monitor” internet saytına müsahibəsində Bərzani PYD-yə dəstək verməyin PKK-ya yardım mənasına gəldiyini söyləyib.
Onun sözlərinə görə, PYD demokratiya məsələsində çox da səmimi görünmür.

“ABŞ PYD və PKK-nın eyni şey olduğunu bilmirmi?” sualına cavabda Bərzani deyib: “Onlar çox yaxşı bilirlər, amma bildiklərini dilə gətirmək istəmirlər. Məlum olduğu kimi, bizim də (İraq kürd muxtariyyəti nəzərdə tutulur), ABŞ-ın da əsas məqsədimiz İŞİD-lə mübarizədir. Bu üzdən fərqi görməzliyə vura bilərlər”.

PYD-nin Suriyanın şimalında nəzarət etdiyi ərazilərdə birtərəfli federsiya elan etməsinə toxunan Məsud Bərzani federasiya anlayışının Suriyanın mövcud durumuna uyğun gəldiyini deyib: “Ancaq bu məsələdə suriyalıların öz aralarında müştərək bir qərara gəlməsi lazımdır”.

Türkiyə prezidineti Rəcəb Tayyib Ərdoğanın kürd məsələsinə münasibətinə gəlincə, Bərzani xatırladıb ki, Ərdoğan baş nazir olarkən Ərbilə gəlib kürdləri inkar siyasətinin sona çatdığını söyləyib və bu, çox önəmli addım idi: “Ərdoğanla dəfələrlə bir araya gəldik, onun kürd problemini çox yaxşı bildiyini düşünürəm”.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər