25 Mart 2016 11:56
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikasının ordusu hazır vəziyyətə gətirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Şimali Koreya lideri Kim Çen In əmr verib.

Artilleriya qoşunlarının genişmiqyaslı təlimi çərçivəsində çıxışı zamanı In orduya "Əmr verilən kimi Seula zərbə endirməyə hazır olun!" çağırışını edib. Bununla bağlı Şimali Koreya mərkəzi teleqraf agentliyi məlumat yayıb.

Kim Çen In qısa müddətdə Koreyanı birləşdirəcəyini deyib: "Şimali Koreya amansızcasına Cənubi Koreya dövlət qurumlarını məhv etməklə, ölkəni birləşdirəcək. Ordumuz yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirməlidir".

Qeyd edək ki, son vaxtlar KXDR nüvə silahlarını sınaqdan keçirməklə dünya ölkələrinin etirazı ilə qarşılaşmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər