29 Mart 2016 01:57
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibinin müavini Tomas Şennon martın 28-31-də Moskvada səfərdə olacaq.


APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində T.Şennon Rusiya rəsmiləri ilə görüşəcək.


ABŞ Dövlət Departamentindən bildiriblər ki, dövlət katibinin müavini Con Kerrinin səfərinin davamı olaraq Moskvaya yollanacaq. ABŞ dövlət katibi Con Kerri martın 24-də Moskva səfərini Rusiya XİN rəhbəri Sergey Lavrov və prezident Vladimir Putinlə keçirdiyi görüşlə tamamlayıb.


Qeyd olunur ki, Rusiyaya qarşı sanksiyalar tətbiq ediləndən sonra ilk dəfə tərəflər Suriya və Ukrayna daxil olmaqla mühüm məsələlər üzrə əməkdaşlığı bərpa etməyə hazır olduqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər