Rusiyaya məxsus Su-25 tipli döyüş təyyarəsi Primorda qəzaya uğrayıb.
Teleqraf.com "Ria Novosti" agentliyinə isitnadən xəbər verir ki, hadisə zamanı pilot katapult etməyə nail olub. Qəza zamanı yerə çırpılan təyyarə partlayıb.
Rəsmi məlumatlara görə, qırıcı Çerniqobka meşəsi yaxınlığında yaşayış məntəqəsindən kənara düşüb. Hadisənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Sosial şəbəkələrdə təyyarənin qəzaya uğradığı ərazidən ilk görüntülər yayımlanıb.
Həmin videonu təqdim edirik:
Samir