Avropa ölkələrinin kəşfiyyat qurumları sığınacaq almaq istəyən əcnəbilərin qarşısında "məlumat ver" şərtini qoyub. Təkcə Almaniyada son 15 ildə minlərlə şəxs casusluq etməklə sığınacaq ala biliblər. Bu iddia iləa Almaniyanın müxalifətdə olan Sol Partiyası məlumat verib.
Partiyanın hesabatında qeyd olunur ki, bu məsələdə Xarici Kəşfiyyat İdarəsi, Konstitusiyanı Qoruma Təşkilatı, Federal Polis, Federal Kriminal İdarəsi, Əyalət Kriminal İdarələrinin əməkdaşları iştirak ediblər.
Xarici Kəşfiyyat İdarəsi ona köməklik edən miqrantlara sığınacaq verilməsi üçün Miqrasiya Xidmətinin qarşısında məsələ qaldırıb və istəyinə nail olub.
Bu yolla 2000-2015 illəri arasında 998 nəfərə sığınacaq verilib.
Alman kəşfiyyatı 2000-2005-ci illərdə MDB ölkələrindən gələn 121 nəfəri "əməkdaşlıq" qarşılığında sığınacaqla təmin edib. Bu, prosesin hazırda da davam etdiyi bildirilir
Ayxan