Türkiyənin İstanbul şəhərində iki Rusiya vətəndaşı saxlanılıb.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, ruslar Türkiyə Milli İstihbarat Təşkilatının keçirdiyi əməliyyat zamanı yaxalanıb.
Məlumatlara görə, Yuri Anisimov və Aleksandr Smirnov 2015-ci ilin noyabrında İstanbulda çeçenistanlı komandir Vahid Edelgiriyevi öldürməkdə ittiham olunur: "Dindirilmə zamanı saxlanılan şəxslər susmağı üstün tutub. Məhkəmə Anisimov və Smirnov barəsində həbs qərarı çıxarıb. Üzərinlərinə baxış zamanı şübhəlilərin cibindən saxta İnterpol vəsiqəsi, Rusiya dövlət adamlarına məxsus fotolar və yaddaş kartları aşkar edilib. Yaddaş kartlarında saxlanılan şəxslərin Avropadakı kəşfiyyat fəaliyyətini əks etdirən sənədlər olub".
Türkiyə polisi saxlanılan şəxslərlə bağlı araşdırmaları davam etdirir.
Samir