"Rusiya dərhal ukraynalı hərbi qulluqçu Nadejda Savçenkonu azad etməlidir".
Teleqraf.com xəbər verir ki, bunu AŞPA prezidenti Pedro Aqramunt assableyanın yaz sessiyasında çıxışı zamanı deyib
"Təəssüf ki, Rusiyada Nadejda Savçenko hələ də həbsdədi. Mən Moskvanı onu azad etməyə çağırıram".
Qeyd edək ki, Donetsk məhkəməsi ukraynalı təyyarəçi Nadejda Savçenkonu 22 il müddətinə azadlıqdan məhrum edib. O, rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşinin qətlində, həmçinin Rusiya sərhədlərini qanunsuz keçməkdə təqsirli bilinib.
Samir