Türk dili Avropa Birliyinin 24-cü rəsmi dili olub.
Teleqraf.com xəbər verir ki, bu məsələ səsə qoyularkən Avropa Parlamentinin 133 üzvü əleyhinə, 375 üzvü isə lehinə səs verib.
Eyni zamanda 28 nəfər səsvermə hüququndan istifadə etməyib.
İngiltərənin “Daily Express” qəzeti bəyan edib ki, Türkiyənin Avropa Birliyinə üzvlüyünün dəstəklənməsinin və türkcənin birliyin rəsmi dili elan edilməsi qorxu yaradır.
Xəbərdə əlavə edilir ki, Türkiyə Brüsseldən qaçqın böhranına qarşı 5 milyard vəsait alacaq, bu ildən türk vətəndaşları Avropaya viza almadan səyahət edə biləcəklər.
O da, vurğulanır ki, Türkiyə əhalisinin sayı 2018-ci ilə qədər Almaniya əhalisinin sayını keçəcək.
Cavad