İngiltərədə səfərdə olan ABŞ prezidenti Barak Obama baş nazir Devid Kemeronla görüşüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr, İŞİD terror təşkilatı ilə mübarizə, miqrasiya, Liviya, Suriya, Ukraynadakı vəziyyət, eyni zamanda Birləşmiş Krallığın Avropa İttifaqına üzvlüklə bağlı keçiriləcək referendumun məsələləri müzakirə olunub.
Obama görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında Birləşmiş Krallıqda iyunun 23-də keçiriləcək referendum məsələsinə toxunub. O, Avropadakı parçalanmanın NATO-nun zəifləməsinə yol aça biləcəyi xəbərdarlığını edib.
Suriyadakı vəziyyətlə bağlı sualları cavablandıran ABŞ prezidenti müzakirə prosesi olmadan böhranın həll edilə bilməyəcəyini dilə gətirib.
İlhamə Əbülfət