Bu gün Moldovada sağ-mərkəzçi “Ləyaqət və Həqiqət” platformasının bir neçə min tərəfdarı hökumət əleyhinə keçiriləcək aksiyada iştirak etmək üçün Kişinyovun mərkəzində toplaşıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb ediləcək.
Paralel olaraq mitinq keçirilən meydanın yanında yerləşən Moldovanın əsas kilsəsində dini bayrama həsr edilən tədbir keçirilir.