Serbiya parlamentinə seçkilər yerli vaxtla 20.00-da başa çatıb.
Musavat.com xəbər verir ki, seçki komissiyası seçkilərdə ciddi qanun pozuntusu qeydə almayıb.
Məlumata görə, əksər məntəqələr vaxtında bağlanıb. Lakin Belqrad və Novi-Sade şəhərlərinin bəzi məntəqələrinə seçici axını olduğu üçün seçkinin vaxtı uzanıb. İlkin nəticələrin yerli vaxtla 22.00-dan tez açıqlanacağı gözlənilmir.
Seçki komissiyası bildirib ki, seçkilərdə 6 milyon 739 min 441 nəfər iştirak edib. Bunun üçün 8378 məntəqə fəaliyyətdə olub