5 May 2016 16:36
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abu-Dabidən İndoneziyaya gedən Etihad Hava Yollarına məxsus sərnişin təyyarəsi enişə hazırlaşdığı ərəfədə yaşanan gərginlik nəticəsində 31 sərnişin yaralanıb.


Teleqraf.com cnnturk.com-a istinadən xəbər verir ki, bu qorxulu və gərgin anları sərnişinlərdən biri mobil telefonu vasitəsilə lentə ala bilib.


Hadisə Birləşmiş Ərəb Əmirlikləri mərkəzi Etihad Hava Yollarına adi EY 474 saylı A330-200 tipli təyyarədə qeydə alınıb. Cakartadakı Sukarno hava limanına enmədən 45 dəqiqə əvvəl təyyarədə nazaslıq yaranıb. Bu zaman sərnişinlər hadisədən təsirlənərək gərgin duruma düşüblər, bir anlıq insanlar öləcəyini gözləri önünə gətirib. Enmə mərhələsini həyata keçirən pilotlar sonradan 31 sərnişinin yaralandığını biliblər. Yarılalardan doqquzu enişdən sonra müalicə almaq məqsədilə xəstəxanaya yerləşdirilib.


Mobil telefonla çəkilən görüntülərdə dəhşətə qapılan bəzi sərnişinlərin əllərini havaya qaldıraraq dua etdikləri və bəzilərinin çaxnaşmalı bağırtıları ortaya çıxıb.


Cavad


Müəllif:

Oxşar xəbərlər