Fransda gələn il keçiriləcək prezident seçkilərinə namizədlər arasında Senegal əsilli müsəlman Rama Yade də var.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Nikolas Sarkozinin prezidentlik dövründə xarici işlər, insan haqları və idman nazirliklərində müxtəlif vəzifələrdə çalışan Yade RMC radiosu vasitəsi ilə "Cəsarətli Fransa" adlı kampaniya başladığını bildirib.
O bildirib ki, seçkilərdə balaca və ya böyük namizəd yoxdur.
Qeyd edək ki, Fransada seçkilərin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.
Samir