22 May 2016 23:12
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada prezident seçkilərinin ikinci turu keçirilir.

Seçkilərin birinci turundan sonra bu mərhələyə qatı sağçı “Avstriya azadlıq partiyasının” namizədi Norbert Hofer və müstəqil namizəd, Yaşıllar partiyasının keçmiş lideri Alexander Van der Bellen çıxıblar. Birinci turun nəticələrinə əsasən, Hofer - 36 faiz, Van der Bellen isə 21 faiz səs toplayıb.

İlkin nəticələrin təhlilinə görə, Van der Bellen əsasən, böyük şəhərlərdə daha çox səs toplayıb.

İkinci dünya müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq, Avstriyada Sosial Demokrat və Xalq partiyaları kimi aparıcı siyasi təşkilatlar prezident seçkilərinin həlledici mərhələsində təmsil olunmayıb.

Sosial Demokratların gözlənilməz məğlubiyyətindən sonra Avstriya kansleri Werner Faymann istefa verməli olub.

Avstriya parlament respublikası olduğundan, prezident funksiyaları bu ölkədə daha çox rəmzi məna daşıyır.

Buna baxmayaraq, prezidentin, formal olaraq Federal höküməti təyin etmək və parlamenti buraxmaq hüququ var.

Vyanada BBC müxbirinin sözlərinə görə, ölkədə sağçı partiyalara dəstəyin artmasının səbəbi elektoratın hökümətin siyasətindən təngə gəlməsi və miqrant böhranından ehtiyat etməsilə bağlıdır.

“Avstriya azadlıq partiyası” seçkiqabağı kampaniya zamanı ölkəyə miqrantların yolunu kəsəcəyini və yeni iş yerləri yaradacağını vəd etmişdi.


Müəllif:

Oxşar xəbərlər