25 May 2016 01:06
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Con Kerri çərşənbə axşamı Azərbaycan xalqını 28 May Respublika günü münasibəti ilə təbrik edib və ölkənin Avropanın enerji daşıyıcıları bazarında mühüm rol oynadığını vurğulayıb.

"Report" xəbər verir ki, bu barədə dövlət katibinin təbrikində deyilir.

"Azərbaycan Avropa bazarına enerji daşıyıcılarının tədarükçüsü qismində mühüm rol oynayır və ABŞ sizin regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərinizi tam dəstəkləyir", — deyə Kerrinin təbrikində bildirilir.

Dövlət katibi, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir.

O əlavə edib ki, ABŞ Azərbaycanın ölkənin dinc və stabil gələcəyinə zəmanət verən iqtisadi inkişafını, onun vətəndaşlarının ifadə azadlığını və onların siyasi həyatda iştiraklarını dəstəkləyir.


Müəllif:

Oxşar xəbərlər