ABŞ helikopterləri Suriyanın Çimalında İŞİD-ə qarşı döyüşən müxalifətə havadan silah-sursat yardımı edib.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, Türkiyə sərhədindən 20 kilometr kənarda yerləşən Mare kəndində ABŞ silah-surastı tükənən müxalifətə havadan yardım edib. Bir neçə gün öncə İŞİD Maredə müxalifəti mühasirəyə almışdı. Kəndin ətrafına nəzarət edən silahlılar tez-tez müxaliflərə hücum edib, geri çəkilirdilər. 15 min adamın yaşadığı kənddə çoxlu sayda mülki şəxsin günahsız yerə qurban ola biləcəkləri qeyd edilir.
Ayxan