Azərbaycan folklorşünası, filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev 71 yaşında vəfat edib.
Bu barədə Teleqraf.com-a mərhumun yaxınları məlumat verib.
Seyfəddin Qəniyev 28 mart 1952-ci ildə Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
"M.F.Axundovun "Kəmalüddövlə məktubları" əsərinin bədii metod və janr xüsusiyyətləri" mövzusunda namizədlik, "Azərbaycan folklorunun regional özunəməxsusluğu - Şirvan folklor mühiti" mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.
60 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir. AMEA Folklor İnstitunda fəaliyyət göstərən müdafiə şurasının üzvü idi.
ADPU Şamaxı filialı direktorunun tədris və elmi işlər üzrə müavini vəzifəsində çalışıb.
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Seyfəddin Qəniyev bir müddət AYB-nin Şamaxı filialına rəhbərlik edib.
O, Şamaxıda Beytüs-səfa məclisini təşkil edib.
2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin.