Türkiyənin görkəmli şairi Nazim Hikmətin əsərlərinin müəlliflik hüquqları ilə bağlı məhkəmə prosesi 3 ildən artıqdır davam edir.
Teleqraf.com xəbər verir ki, şairin əsərlərinin müəllif hüquqları ilə bağlı Renan Genim tərəfindən psixoloq Gündüz Vassafa qarşı iddia qaldırılıb.
İddiaya görə, psixoloq Gündüz Vəssaf Nazim Hikmətin oğlu Mehmet Nazimə sağlığında təsir edib və vəsiyyətnaməni dəyişdirməyə nail olub.
Mehmet Nazimin ögey bacısı Renan Genim Gündüz Vassafın Boğaziçi Universitetinə təqaüd olaraq bağışladığı qonorarı haqsız yerə tələb etməyə çalışdığını iddia edib.
2002-ci ildə Nazim Hikmətin əsərlərinin nəşr hüquqları “Adam” nəşriyyatından “Yapı Kredi” nəşriyyatına keçib. Bu, Nazim Hikmətin yeganə qanuni varisi olan oğlunun icazəsi ilə baş verib. Nazim Hikmətin əsərlərndən icazəsiz istifadə də qadağan edilib. Əldə olunan gəlir isə tam məbləğdə təqaüd kimi Boğaziçi Universitetinə bağışlanıb.
Renan Genim Gündüz Vəssafın Türkiyədə və dünya çapında önəmli bir psixoloq olduğu üçün Mehmete təsir etdiyini düşünür: “Mehmetin bəzi psixoloji problemləri var idi və daim Gündüz Vəssaf tərəfindən təlqinə məruz qalırdı. Mehmet ailənin razılığı ilə müəlliflik hüquqlarını təqaüd olaraq Boğaziçi Universitetinə bağışlanmışdı.
Mehmet infarkt keçirdikdən sonra psixoloji tarazlığı pozulmuşdu. Bu zaman Vassaf ailənin yaxın dostu kimi işə qarışıb, Mehmeti təlqinlə notariusa aparıb və vəsiyyətnaməsində düzəlişlər edərək müəllif hüquqlarını özünə keçirib. Biz dəyişdirilmiş vəsiyyətnaməyə etiraz etdik. Universitetə təqaüd olaraq bağışlanan vəsiyyət Gündüz Vəssafa necə ötürülə bilər?”
Renan Genim bu haqsızlığın düzəldilməsində israrlıdır: “Nazimin müəllif hüquqlarının təqaüd olaraq Boğaziçi Universitetinə qaytarılmasını istəyirəm. Vəsiyyətnamə dəyişikliyi təzyiq altında imzalanmış ola bilər”.
Genimin vəkili Pınar Derincə bildirib ki, vəsiyyətnamələr 2017-ci ildə Mehmet bəy dünyasını dəyişəndən sonra ortaya çıxıb: “Notariusda əlyazma vəsiyyətnamələri qalır. Mehmet bəy anasının ölümü ilə bağlı ciddi psixi problemlər yaşamış və ruhi tarazlığı pozulmuşdu. Əlyazmalar Məhkəmə Tibb İnstitutuna göndərilib. Xətt mərhum Mehmet bəyə məxsusdurmu, vəsiyyət dəyişikliyində mərhumun ruhi durumu sabit idimi kimi məsələlər aydınlaşdırılacaq”.