Yazıçı-publisist Rövşən Yerfinin “Məhbəs” adlı yeni ikinci kitabı “Mücrü” nəşriyyatı tərəfindən çap olunub.
Teleqraf.com xəbər verir ki, "Məhbəs nəsri" seriyasından olan kitabda təqdim edilən “Residivist”, “Qazamat sanitarları” povestləri, “Qanunda olmayan dövlət” oçerki, “Həbsxana bənövşəsi”, “Sanitarlar” pyesləri, esse və hekayələr həbsxana həyatından bəhs edir.
Nəşrdəki anonsda qeyd olunur ki, əsərlər Azərbaycanda müxtəlif rejimli cəzaçəkmə müəssisələrində rejim, tərbiyə işi sahələri üzrə böyük inspektor vəzifəsində ədliyyə mayoru rütbəsinədək xidmət etmiş əməkdaş tərəfindən qələmə alınıb.
Ötən il çap olunmuş birinci kitab “Üzdəniraq ada” romanı və ”Qadın türməsi” povestindən ibarətdir.