“Elm və təhsil” nəşriyyatında yazıçı Günel Natiqin “Kişilərə dur deyin!” romanı işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, romanın əsas mövzusu bir -birindən fərqli daxili aləmə, xarakterə, həyat tərzinə malik qadınlar təşkil edir.
Hadisələr Qaradivar şəhərinin gender bərabərliyi uğrunda savaşan feminist qadınlarının mübarizəsi fonunda baş verir. Şəhəri feminizm dalğası bürüyəndə mesenantlığı ilə tanınan sahibkarın cəsədi aşkar edilir. Qətlin sirləri çözüldükcə, hadisələr daha fərqli, fantastik məzmun alır.
Roman kişi-qadın münasibətləri, insanların daxili ziddiyyətləri, qadın psixologiyasına dair maraqlı mətləblərlə zəngindir.