21 Dekabr 2022 19:44
6 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən böyük audio kitab şəbəkəsi - "AUDİOKİTAB" mobil tətbiqi məşhur yazar Rövşən Abdullaoğlunun “KORAMAL” audio kitabının təqdimatını keçirdi.

Teleqraf.com xəbər verir ki, "Holiday inn Hotel"də keçirilən görüş zamanı oxucuların suallarına cavab verən Rövşən Abdullaoğlu deyib:

“Bədii ədəbiyyatın təsir gücü daha çoxdur. Tanrının özü belə ədəbiyyatdan istifadə edir. Tanrının peyğəmbərlərlə göndərdiyi bu möcüzə kitabdır. Quranı araşdırsanız görərsiz ki, bu möcüzəvi kitab özündə ədəbiyyatın bütün janrlarını birləşdirir. Ona görə həqiqəti çatdırmaq üçün mütləq ədəbiyyatdan istifadə etməliyik …”

Rövşən Abdullaoğlunun "Audiokitab" mobil tətbiqində yer alan kitabı geniş marağa səbəb olan 3-cü nəşrinə hazırlanan romandır.

“Tarıx səni keçmişə aparıb həqiqətləri göstərir” deyən müəllifin seçdiyi hər mövzu, həqiqətən də, qızğın müzakirələrə təkan verir. Bu baxımdan yeni layihənin ədəbi çevrədə böyük rezonans doğuracağı şübhəsizdir.

Rövşən Abdullaoğlunun fikrincə, audiokitablar kağız kitabları sürətlə əvəzləyəcək. Gələcəyə hazır olmaq üçün "Audiokitab" mobil tətbiqinin xidmətləri yüksək dəyərləndirilməlidir.
Oxuculardan birinin “Niyə görə KORAMAL?” sualına Rövşən Abdullaoğlunun cavabı belə oldu:

Koramal iki mənaya gəlir. Təbiətdə olan canlı varlıq və amalına çatmamaq. Biz bəzən getdiyimiz yolu yanlış gedirik. Bəzən yaxşlıq etmək istəyəndə fərqində varmadan qarşı tərəfə pislik etmiş oluruq. "Koramal"da çatdırmaq istədiyim əsas prinsip də budur. ”

Təqdimatdan dərhal sonra "KORAMAL" kitabı Auduiokitab Mobil tətbiqinə yükləndi. Rövşən Abdullaoğlunun original fikirlərini, mülahizələrini və maraqlı tətqiqatlarını mobil tətbiqə daxil olan hər kəsin dinləmək imkanı var.


Müəllif: Teleqraf.com