27 Fevral 2023 16:06
6 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İmadəddin Nəsiminin "Məndə sığar iki cahan" ifadəsini "Məndə sığar ikən cahan" kimi anlayan və təqdim edənlər vardı. Onların başında görkəmli şairimiz Bəxtiyar Vahabzadə dayanırdı. Mən elmi cəhətdən əsaslandırılmış şəkildə ona izah etdim ki, bu cür düşünənlər səhv edirlər".

Bu fikirləri Teleqraf.com-a tanınmış Nəsimişünas və sufizmin ölkəmizdə azsaylı tədqiqatçılarından olanMingəçevir Dövlət Unversitetinin müəllimi Əbülfət Həsənoğlu söyləyib.

Əslən Şəki rayonunun Göynük kəndindən olan tədqiqatçı 1999-cu ilin yayında Bəxtiyar Vahabzadənin ad günündən bir gün sonra onunla Şəkidəki evində görüşünü və yaradıcı mübahisələrini xatırlayır:

"Nəsimi yaradıcılığından bəhs edən ilk kitabımı ona göndərmişdim. Amma görüşüb vacib elmi məsələlər haqqında fikir mübadiləsi aparmaq imkanımız olmamışdı. Bir məqamı deyim, o zaman Nəsiminin "Məndə sığar iki cahan" ifadəsini "Məndə sığar ikən cahan" kimi təqdim edənlər vardı. Onların da başında Bəxtiyar müəllim dayanırdı. Mən elmi cəhətdən əsaslandırmağa çalışdım ki, bu cür yanaşma və izah kökündən yanlışdır.

Nəsiminin bir beytində deyil, 51 fərqli əsərində "iki cahan" ifadəsi yer allr. Üstəlik dövrün qabaqcıl şairləri də bu ifadədən dəfərlərcə yararlanıblar. Bu, əslində sufizm baxışlarınının bir nümunəsi idi. Bəxtiyar Vahabzadə ixtisasımın mühəndis olduğunu öyrənəndə təəccübləndi. "Mühəndis üçün bu, çox böyük araşdırmadır, davam elə " söylədi".

Əbülfət Həsənoğlu şairlə daha iki mövzu ətrafında müzakirə və diskussiya apardıqlarını deyir. Onlardan biri sufizmin mərhələləri ətrafında olub: "Bəxtiyar Vahabzadə sufizmin şəriət, təriqət, mərifət və həqiqət pillələrindən ibarət olduğunda israr edirdi. Mən sufizmin böyük şəxsiyyətlərindən olan Güneyd Bağdadiyə və digər araşdırmaçıların fikirlərinə söykənərək dörd yox, əslində üç pillədən söhbət getdiyini onun diqqətinə çatdırdım".

Əbülfət Həsınoğlu hesab edir ku, hətta görkəmli şəxsiyyət və türk sufizm cərəyanının yaradıcısı Əhməd Yasəvi belə əsərlərində bir sıra təkrarçılığa yol verib. O, sufizmin əsasını təşkil edən təsəvüff fəlsəfəsinin 4 pillə 40 məqamdan ibarət olduğunu söyləsə də, əslində 30 məqam fikri daha doğru və təsdiqini tapmış yanaşmadır. Yerdə qalan 10 məqam barədə söylənənlər təkrarçılıqdan başqa bir şey deyil.

Tanınmış Nəsimşünas hesab edir ki, sufizmi dərk etmədən Nəsimini öyrənib tədqiq etmək qeyri-mümkündür. Məhz bu yanaşma və bilgiləri sayəsində o, böyük şairin "İraq divanı"nda yer alan bütün şerlərinin, qəzəllərinin izahını eyni adlı divan barədə nəşr etdirdiyi kitabda tam mənasında oxucuya çatdırır.

Ümumiyyətlə, bu yöndə müəllifin təkrarsız və dəyərli 6 əsəri işıq üzü görüb, neçə-neçə elmi məcmüələrdə yazıları dərc olunub.

Bu günlədə Mingəçevir Dövlət Unversitetində Xoca Əhmıd Yasəvi 7-ci Beynəlxalq elmi konfransında da elmi məruzə ilə çıxış edib. O, hesab edir ki, sufizmin tədqiqatı sayəsində ölkə elmində bir boşluq müşahidə olunur, belə demək mümkünsə, bu sahə üzrə tədqiqtçılar barmaqla sayıla biləcək qədərdir.

Əbülfət Həsənoğlunun bir maraqlı fikri də meyxana sənətini bədiyyə kimi təqdim etmək istəyənlərə iradı ilə bağlıdır: "Meyxana janrı sufizmin dərvişçilik ənənələrinə xas qədim tərənnüm və təşviqat formasıdır. Əskilərdə ilahi eşq meyxana janrı ilə bədahətən təbliğ olunan vasitələrdən biri olub. Onu bədiyyə adlandırmaq kökündən yanlış fikirdir".

Tanınmış tədqiqatçının məhşur filmdəki Nəsimi obrazı ilə bağll söylədikləri də diqqət çəkir: "Zamanında qadağalara rəğmən çəkilmiş böyük filmdir. Amma bu, Nəsiminin özü, kimliyi və aqibəti deyil. Nəsimi edam edilib, amma dərisi soyulmayıb. Sufilərin qəlbində ilahi eşq o qədər güclü olurdu, Tanrı nurunu öz vücudları ilə görüb duymaq imkanlarına malik olduqları inancına sahib idilər. Ənənəvi islam dəyərləri və o zamanki din xadimləri isə bunu təkzib edirdi. Bu səbəbdən də Nəsimi adi qaydada edam edilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər