Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində yazıb.
N.Paşinyan bildirib: "Ermənistan Respublikasında hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc olunduğu andan qüvvəyə minir".