Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın 168.am saytı məlumat yayıb.
Azərbaycana qarşı hərbi cinayətlərdə əli olan Seyran Ohanyanın oğlu iki gün əvvəl yaralanıb.
Onun Xankəndində müalicə aldığı bildirilir.
Qeyd edək ki, general-polkovnik Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.