12 Oktyabr 2020 18:45
7 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma, separatçı və terrorçu Dağlıq Qarabağ rejiminin canlı qüvvə çatışmazlığı ilə üzləşməsi növbəti dəfə öz təsdiqini tapıb.

Teleqraf.com xəbər verir ki, bunu xunta rejiminin başçısı Araik Arutyunyanın Feysbuk sosial şəbəkəsindəki sonuncu statusu əyani şəkildə nümayiş etdirir.

Belə ki, o, həmvətənlərinə müraciətlə yazıb ki, vəziyyət taleyüklü olmağa davam edir.

Daha sonra bildirib ki, könüllülərlə aktiv görüşlər keçirir. “Biz, həmçinin, birinci Qarabağ müharibəsi iştirakçılarını da cəlb edirik”, – deyən terrorçubaşı bununla bağlı öz hesabında fotolar paylaşıb.

Fotolarda yaşlı insanların işğalçı orduya cəlb olunması istiqamətində işlərin getdiyi nəzərə çarpır.

Yada salmaq yerinə düşər ki, eyni üsuldan 1945-ci ilin mart-may aylarında nasist Almaniyasında da istifadə olunmuşdu. Belə ki, müharibənin son aylarında şəxsi heyəti çatışmayan Üçüncü Reyx yaşlı insanları, 10 yaşdan yuxarı oğlanları (bu məqsədlər üçün “Hitleryugend” adlı xüsusi təşkilat yaradılmışdı) və qızları Berlinin müdafiəsinə cəlb etmişdi. Faşistlər Berlinin müdafiəsindən imtina edən yaşlı insanları, uşaqları və yeniyetmələri yerindəcə güllələyirdilər. XXI əsrdə hitlerçilərin əməllərinə bənzər əməllərə yol verilməsi, sadəcə, təəssüf doğurur.


Müəllif: Səxavət

Oxşar xəbərlər