Döyüş meydanında Azərbaycan ordusundan ağır zərbə alan Ermənistan rəhbərliyinin ümidi mistik qüvvələrədir.
Teleqraf.com xəbər verir ki, ordusu sıradan çıxarılan Ermənistan rəhbərliyi ermənilərin katolikosu II Qaregindən xeyir-dua istəyib.
Belə ki, bütün ermənilərin katolikosu II Qareginin xeyir-duası ilə Ermənistan ordusunun “Aşot Yerkat” xaçının (“Dəmir Aşot”) bir nüsxəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə çatdırılıb. Bununla baş yepiskop erməni ordusuna xeyir-dua verib.