Video əlavə olunub.
***
14:02
“Azərbaycan Ordusunun havadan və qurudan həyata keçirdiyi əməliyyatlar erməni hərbi qüvvələrinə ciddi zərər vurub. Cəbhədə ağır itki verən Ermənistan ordusunun mənəvi və psixoloji çöküşü də açıqca görünür. Müdafiə Nazirliyinin iclasında tərlik geyinmiş erməni əsgərin iştirakı əhval-ruhiyyənin aşağı olduğunu ortaya qoyur. Yeri gəlmişkən, Paşinyanın sosial media hesabındakı fotosu da diqqət çəkib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” saytında dərc olunan bir məqalədə bildirilib.
Məqalədə qeyd edilib ki, Azərbaycan Ordusunun 30 ildir işğal altında olan Dağlıq Qarabağda apardığı əməliyyat Ermənistanı psixoloji cəhətdən yormağa başlayıb:
“Xüsusilə işğaldan azad edilmiş bölgələrdə erməni əsgərlərinin qaçması xəbərləri günbəgün artdıqca, cəbhədə yaşanan aşağı mənəvi motivasiya gözə çarpır. Cəbhədə Azərbaycan Ordusuna qarşı böyük məğlubiyyətə uğrayan Ermənistandakı psixoloji çöküş dünən Ermənistan Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında öz əksini tapıb.
İclasa Azərbaycanla toqquşma zamanı yaralanan bir erməni əsgəri də qatılıb. Hərbçilərin laqeyd münasibətləri və laqeyd hərəkətləri Ermənistan ordusunun məğlubiyyətini üzə çıxarıb. İclasa tərliklə qatılan erməni əsgərinin bədən dili də hər şeyi ortaya qoyub”.
Sayt Ermənistan Baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabındakı paylaşımına da diqqət çəkib:
“Ermənistan ordusu ilə yanaşı, hökumət qanadında psixoloji vəziyyət çox da fərqlənmir. Ermənistan rəsmiləri geri çəkilmələrinin taktiki olduğunu bildirsələr də, cəbhədən qaçma hadisələrinin artdığı bir vaxtda hərbçilərin və dağılmış İrəvanın pərişanlığı günbəgün artır.
Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk profilində “qaçan ayaq” fotosu sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Ermənilər fotoya görə ölkə rəhbərinə “Paşinyan orduya qaçış mesajı verir?” kimi suallar ünvanlayırlar.