3 Noyabr 2020 12:50
7 534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Müdafiə Nazirliyi dörd gündür münaqişə zonasında həlak olan erməni hərbçilərinin sayını açıqlamaqdan çəkinir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat verib.

“Dörd günlük sükutdan sonra Qarabağ münaqişəsi zonasındakı döyüşlərdə həlak olan cəmi 11 hərbçinin adı açıqlandı. Ancaq bu barədə məlumat verilməzdən əvvəl, son 4 gün ərzində erməni tərəfdən itki olub-olmamasının və öldürülənlər barədə niyə məlumat verilməməsinin aydınlaşdırılması üçün Müdafiə Nazirliyinə sorğu göndərdik. Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan sorğuya sadəcə belə cavab verdi: “Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsində problem var”.

Həqiqət budur ki, cəmiyyətdə ümidsizlik vəziyyətinə düşməmək üçün bəlkə də, ölülər haqqında hər gün məlumat verilməyəcəyi barədə çoxlu müzakirələr aparılır. Xatırladaq ki, nazirlik bu günədək 1177 ölən hərbçinin adını açıqlayıb. Amma şəxsiyyəti məlum olmayan cəsədlər var”.

Nəşr həlak olanların Ermənistan Müdafiə Nazirliyinin açıqladığı rəqəmlərdən çox olduğunu istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər