Ermənistanın sabiq müdafiə naziri, son günlərdə Şuşada davam edən döyüşlərdə iştirak etmiş Seyran Ohanyan ölkədən qaçıb.
Teleqraf.com xəbər verir ki, onun Almaniyaya qaçdığı deyilir.
Şuşada S.Ohanyanla döyüşlərdə iştirak etmiş Titan Asatryan öz "Facebook" səhifəsində yazıb ki, Seyran Ohanyan döyüşlərin başa çatmasna üç gün qalmış qaçıb.
Xatırladaq ki, ötən həftə onun bir neçə gün əvvəl yaralandığı barədə məlumatlar daxil olmuşdu.