11 Noyabr 2020 22:26
2 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin respublikanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb: "İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər