Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin noyabrın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı apardığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibə zamanı deyib.
"Biz erməni həmkarlarımızla əlaqə qururuq, Prezident Putin dünən Baş nazir Paşinyanla danışdı”, – deyə Lavrov qeyd edib.
Sergey Lavrov əlavə edib ki, bu gün səhər o özü Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla söhbət edib.
Nazirin sözlərinə görə, o, Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət üçün məsuliyyətini tam başa düşdüyünə əmindir və xalqının yüksək maraqlarına əsaslanan atəşkəs razılaşmalarını imzaladığını dərk edir.
“Və mən bu razılaşmanın bütövlüyünün qorunacağına və tətbiq ediləcəyinə əminəm”, – deyə Sergey Lavrov qeyd edib.