Ermənistanda fəaliyyət göstərən “Hay Aspet” təhsil və xeyriyyə fondunun qurucusu-direktoru Karin Tonoyan Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.
Teleqraf.com xəbər verir ki, fonda rəhbəri ölkəsinin Azərbaycana biabırçı şəkildə məğlub olduğunu bildirib.
Tonoyan iki gün sonra işğal altındakı Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsinə də diqqət çəkib:
“Bu gün noyabrın 13-dü, bizim üçün biabırçı olan sənədin təsdiqlənməsinə iki gün qalır. Hamımız saxta baş nazirin istefasını tələb edirik. Gəlin bizi və övladlarımızı bu alçaldıcı sənəddən xilas edək, şərəf və ləyaqətimizi qoruyaq”.