21 Noyabr 2020 11:23
3 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətindən bildirilib.

“Lavrov İrəvandadır”, – deyə nümayəndə heyətindən bildiriblər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın qurumlararsı nümayəndə heyətinin yaxın günlərdə İrəvana və Bakıya səfər edəcəyini bildirmişdi.

***

10:49

Ermənistana gələn Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkənin baş naziri Nikol Paşinyanla görüşür.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan “RİA Novosti”yə bildirib.

“Rusiyanın müdafiə naziri Ermənistana gəlib. O, hazırda baş nazirlə görüşür”, – deyə M.Gevorqyan deyib. O, digər təfərrüatları açıqlamayıb.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Ermənistana səfəri gözlənilir.


Müəllif: Səxavət