21 Noyabr 2020 14:22
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə islahatların aparılmasının vacibliyini bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir Ermənistan ordusunda ciddi qüsurların olduğunu deyib.

“Baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən öyrənərək nəyin lazım olduğunu anlamalıyıq. Orduda və Silahlı Qüvvələrdə islahatların aparılması zərurəti ilə qarşılaşdığımız açıqdır”, - Paşinyan qeyd edib.

O, Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanı Müdafiə Nazirliyinə təqdim edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər