23 Noyabr 2020 12:45
3 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyətinin səhvi nəticəsində tezliklə ağır bir reallıqla qarşılaşacağıq. Beləliklə, xarici siyasət prioritetimiz yalnız təhlükəsizlik faktoru olacaq və hər şey bunun ətrafında dönəcək və qurulacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Suren Sərkisyan deyib.

Sərkisyan bundan sonrakı mərhələdə Ermənistanın öz müstəqilliyini itirəcəyini bildirib:

“Ermənistan “az-çox müstəqil dövlət”ə çevriləcək. Artıq özümüzü Ermənistan dövlətinin təhlükəsizliyini təmin edən və döyüşə hazır orduya sahib bir dövlət kimi göstərə bilmərik. Artıq Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı deyil, bu da bölgədəki kompleks təhlükəsizlik balansında dəyişikliyin olduğunu göstərir. Bundan sonra Ermənistan heç öz təhlükəsizliyinin qarantı da deyil. Ermənistan artıq güclü olana qarşı mübarizə aparan və qələbə qazanan bir dövlət kimi qiymətləndirilməyəcək. Artıq çoxşaxəli, balanslı və tamamlayıcı xarici siyasətimiz olmayacaq.

Xarici siyasətimiz “fürsətçilik” olacaq. Formalaşmış geosiyasi və regional reallıqlara uyğunlaşacağıq. Bu fəlakətin nəticələrini azaltmaq çətin olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu