Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan istefa verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Nazirin mətbuat katibi Anna Ohanyan agentliyə Tiqran Xaçatryanın dünən istefa ərizəsi yazdığını bildirib.
Qeyd edək ki, T.Xaçatryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunmuşdu.
Bununla da Ermənistanda noyabrın 10-dan bəri istefa verən nazirlərin sayı beşə çatıb. Bundan öncə xarici işlər naziri Zöhrab Mnatsakanyan, fövqəladə hallar naziri Feliks Tsolakyan, müdafiə naziri David Tonoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan portfeldən imtina etmişdilər.