“Ağrıyaraq sizə xəbər verirəm ki, bütün çağırışlara baxmayaraq, 2008-ci ildə vəfat edən Andranik Kirakosyanın anası Anahit Kirakosyan da aclıq aksiyasına qoşulmağa qərar verib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndəsi Geqam Mankyan məlumat verib.
Xatırladaq ki, bundan əvvəl “Daşnaksütyun”un nümayəndəsi, “Yerkir Media” telekanalının informasiya və analitik xidmətinin direktoru Geqam Manukyan Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müddətsiz aclıq aksiyasına başlayıb.
Konstitusiya Məhkəməsinin keçmiş üzvü Kim Balayan da dünən aclıq aksiyasına qatılıb. O, Paşinyanın məhkəmədə mühakimə olunmasını tələb edir.