“Hücumlara məruz qalmayanda qürur və ləyaqəti qorumaq çox asandır, lakin qürur və ləyaqət çoxsaylı zərbələrə məruz qalanda onu qorumaq daha vacibdir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
“Xüsusilə son günlərdə Ermənistan daxilində bəlli xarici qüvvələrin istəklərinə paralel hərəkət edən qrupların xalqımızın ağrılı nöqtələrini daha da alovlandırmaq üçün çox çalışdıqlarını görürük”, - Paşinyan bildirib.
O, Ermənistan və xaricdə anarxiya təəssüratı yaratmağa çalışan insanlar və qrupların olduğunu qeyd edib:
“Ermənistanda anarxiya olduğu təəssüratını yaratmağa çalışırlar. Sadəcə müharibəni Ermənistana qarşı aparmaq istəyirlər ki, ölkəni qarışdırmaq asan olsun və bununla da geri qayıdışlarını təmin etsinlər. Buna iqtidardan yapışdığımız üçün deyil, xalq istəmədiyi üçün icazə verməyəcəyik”.