Cavab verməməyi düşünürdük. Nikol Paşinyanın dedikləri ilə bağlı bir hekayə xatırladım.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan deyib.
Soqomonyan Nikol Paşinyanın son açıqlamasını nəzərdə tuturaq yazır: "Bir nəfər dostundan soruşur ki, qonşunuzun lotereyada maşın udduğu doğrudur? Qonşu cavab verir ki, doğrudur. Amma qonşum yox, qardaşım udub. Üstəlik lotoreyada deyil, qumarda. Həm də maşın deyil, mənzil udub”.
“Yalanlar və əvəzetmələr Nikol Paşinyanla ayrılmazdır”, - Köçəryanın adamı qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Baş nazir Nikol Paşinyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın müharibə dövründə Moskvaya səfər etməməsinin səbəblərinə dair versiyalarını dilə gətirib.