1 Dekabr 2020 12:15
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Laçından ayrılması üçün fürsət və vaxtı olmadı.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin keçmiş müşaviri Hakob Çaxaryan deyib.

O əlavə edib ki, 4 gün əvvəl Laçında olan dostu Gor Manukyan noyabrın 30-da saat 18:00-da ermənilərin Laçını tərk edib şəhəri təslim etmələrinin lazım olduğunu bilirib: “Qeyd edim ki, Laçından 5 kilometrlik dəhliz keçir. İnsanlar evlərini tərk etməyə hazır idilər və əşyalarını təhlükəsiz yerə aparmaq üçün kömək istədilər. Ertəsi gün günortaya qədər 15 yük maşını təşkil etdik, Milli Fond və könüllülər bu prosesdə iştirak etdi”.

Keçmiş müşavir əlavə edib ki, növbəti gün səhər insanların çıxarılmasını dayandırmaq üçün əmr alıblar: “Qeyd edilirdi ki, Laçın və iki kənd bizim nəzarətimizdə qalır. Noyabrın 30-da saat 18:00-da sakinlərin şəhərdən və yaxın kəndlərdən çıxmalarının lazım olduğu elan edildi. İnsanların bu əraziləri tərk etməyə imkan və vaxtı yox idi”.

Hakob Çaxaryan noyabrın 27-dəki çağırışını təkrar edərək Paşinyan hökumətini cəsəd adlandırıb: “Hörmətsiz, yararsız və cəsəd hökuməti Laçın haqqında nə deyəcək? 3 gün əvvəl sizin müdaxiləniz olmadan insanların və malların köçürülməsini təşkil edirdik. İndi nə edəcəyik? Həmvətənlərimizin aqibəti necə olacaq? Niyə bu insanları aldatdınız? İndi biz bu insanlara necə kömək edə bilərik?”.


Müəllif: Cavad