“Parlamentdə baş nazirin impiçment prosedurunun başlayacağını düşünmürəm. Amma “İşıqlı Ermənistan” fraksiyasının baş nazir vəzifəsinə öz namizədini irəli sürmək hüququ var, bu digər 16 müxalifət partiyasına da aiddir”.
Teleqraf.com xəbər verir ki, bunu hakim “Mənim addımım” blokundan millət vəkili Vahe Qalumyan bu gün jurnalistlərə verdiyi açıqlamada deyib.
“Parlament çoxluğunun (“Mənim addımım” fraksiyasının) belə bir gündəliyi yoxdur. Buna bir səbəb görmürəm, müxalifət partiyaları yalnız baş nazirin istefa etməsi lazım olduğunu elan edir, ancaq bir əsas vermirlər”, - Qalumyan qeyd edib.
Jurnalistlər Azərbaycana məğlubiyyətin yetərli səbəb olub-olmadığını soruşduqda Vahe Qalumyan belə cavab verib:
“Birlikdə məğlub olduq, müxalifət də yanımızda idi”.