“İnanıram ki, Paşinyanın istefası uğrunda gedən mübarizənin nəticə verib-vermədiyini qiymətləndirmək hələ tezdir. Bu mübarizə davam edir və mən Paşinyanın istefadan başqa alternativi olmadığı üçün uğur qazanacağımızdan daha çox əminəm”.
Teleqraf.com xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasının deputatə İveta Tonoyan deyib.
Tonoyan hesab edir ki, Ermənistan baş naziri ölkənin təhlükəsizliyini təhdid qarşısında qoyur: “Nikol Paşinyan Ermənistanın təhlükəsizliyinin qarantı ola bilməz. Buna görə də bütün alətlərdən istifadə edilərək, mübarizə sonuna qədər davam etdiriləcək”.
O, Sünik (Zəngəzur) ətrafında da həssas situasiyanın yarandığını, Ermənistanın Paşinyanın hakimiyyəti dövründə bu bölgəni itirmək təhlükəsi ilə üzləşdiyini iddia edib. Deputat mümkün təhlükələrdən sığortalanmaq üçün Paşinyanın hakimiyyətdən getməsinin vacib olduğuna diqqət çəkib.
İveta Tonoyan qeyd edib ki, bu gün Nikol Paşinyanın istefası, müvəqqəti hökumətin qurulması və erkən seçkilərin keçirilməsi xaricində başqa bir siyasi gündəm yoxdur.