Xəbər verildiyi kimi bu gündən etibarən Ernənistanda Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı həlak olanlarla bağlı üçgünlük ümummilli matəm başlayıb. Matəmlə əlaqədar olaraq ölkənin baş naziri Nikol Paşinyanın başçılığı ilə İrəvandakı “Respublika” meydanından “Yerablur” memorial kompleksinə doğru matəm yürüşü olacaq.
Teleqraf.com bildirir ki, bundan əlavə müxalifət tərəfdarları “Azadlıq” meydanından “Yerablur”a doğru ayrıca yürüş keçirmək niyyətindədirlər.
Onlar Dağlıq Qarabağ ətrafındakı yeddi rayon və Qarabağın özünün əraziləri üzərində nəzarətin itirilməsinə görə Nikol Paşinyanı günahlandırırlar.
Müxalifət rəhbərləri, həmçinin baş nazirin matəm tədbirlərində iştirak etməsinə icazə verməyəcəklərini bəyan ediblər.
Bu, müəyyən gərginlik və müxalifətlə polis arasında toqquşma ehtimalı yaradır.