Video əlavə olunub:
***
10:40
“Savaş başlayandan bəri Dağlıq Qarabağ erməniləri iqtisadi durumları ilə bağlı statistikanı ilk dəfə açıqlayıblar”.
Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.
Onun sözlərinə görə, 2019-cu illə müqayisədə qarabağlı ermənilərin əkin sahələri 8 dəfə azalıb:
“Taxıl səpiləcək sahələr 15 dəfə azalaraq cəmi 41 kvadrat kilometr təşkil edir. Əgər əvvəllər qarabağlı ermənilər Ermənistana taxıl yollayırdılarsa, indi ac qalmamaq üçün Ermənistandan taxıl almalı olacaqlar.
Meyvə bağlarının ümumi sahəsi 23 dəfə, sitrus bağlarının sahəsi 43 dəfə, üzümlüklərin sahəsi 54 dəfə, elektroenerji təminatı mənbələri 29 dəfə və s. azalıb. Şərabçılıq, mədənçilik, taxta-şalban istehsalı və s. kimi sahələr ümumiyyətlə, yoxa çıxmış sayıla bilər. Qarabağlı ermənilərin özləri də etiraf edirlər ki, artıq iqtisadiyyatları yoxdur”.
Zəruri ehtiyaclarla tələbatın Ermənistan hesabına təminatına gəldikdə isə, Elçin Alıoğlu bunun çox problematik məsələ olduğuna diqqət çəkib:
“Dağlıq Qarabağdakı ermənilər hələ ki, Ermənistandan elektroenerji, təbii qaz və mobil rabitə ilə təmin olunurlar. Lakin bu proses maksimum 3 il davam edəcək. Üç ildən sonra isə qarabağlı ermənilər tam iqtisadi kollapsla üzləşəcəklər və seçim qarşısında qalacaqlar - ya elektroenerji, qazpaylama şəbəkəsi və mobil rabitəni Azərbaycana inteqrasiya etməli, ya da bəhs olunan ünsürlərdən məhrum yaşamağa başlamalıdırlar.
İqtisadiyyat bütün hallarda siyasətdən daha effektiv təsir vasitəsidir. Qarabağlı ermənilərin separatçılıq meyllərinin qatili də elə iqtisadiyyat olacaq”.