Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin baş qərargah rəisi və müdafiə naziri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Haraparak” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, görüş Paşinyanın yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putinlə keçiriləcəyi nəzərdə tutulan görüşlə bağlıdır:
“Müxalifət 11 yanvar tarixində keçirilməsi planlaşdırılan Paşinyan-Əliyev görüşü ilə əlaqədar olaraq, hakimiyyətin bütün qəbul edilmiş və qəbul ediləcək qərarlardan rəsmi olaraq məsuliyyət daşıdığını ona xatırladıb. Müxalifət Paşinyandan Ermənistan əleyhinə qərarları dayandırmağı tələb edib”.