18 Yanvar 2021 11:24
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün erməni tərəfi axtarış və xilasetmə işləri nəticəsində daha 3 hərbçisinin cəsədini tapıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Cəsədlər Cəbrayıl bölgəsində aşkar edilib.

Erməni tərəfi bu gün Hadrut, Cəbrayıl və Füzilidə axtarış işlərini davam etdirəcək.

Xatırladaq ki, bu günə qədər axtarışlar zamanı 1238 erməni hərbçinin cəsədi tapılıb.


Müəllif: Cavad