20 Yanvar 2021 20:47
3 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti heyətini Dağlıq Qarabağa göndərir. Ermənistanın diaspor üzrə nümayəndələri - Zara Sinanyan və Sara Andcarqolyan yanvarın 22-24-də Dağlıq Qarabağda olacaqlar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarına növbəti qanunsuz gəlişin məqsədi kimi yerli separatçılarla diasporanın imkanlarından səmərəli istifadəni müzakirə etmək göstərilir:

“Rusiya Xarici işlər naziri Sergey Lavrovun srağagünkü çıxışının mətniqinə görə, bu səfərlərdə anormal heç nə yoxdur və Ermənistanla Dağlıq Qarabağdakı separatçılar Laçın dəhlizindən istədikləri kimi istifadə edə bilərlər. Məsələ burasındadır ki, dəhliz birtərəfli qaydada istifadə olunur, yəni əsasən Ermənistandan Dağlıq Qarabağa gəlirlər, halbuki separatçıların təmsilçilərini bu və ya digər məsələnin müzakirəsi üçün Ermənistana çağıra bilərlər. Etmirlər, özləri separatçıların ayaqlarına gedirlər.

Deməli, Ermənistandan gələnlərin məqsədi heç də Dağlıq Qarabağ ermənilərinin problemləri ilə məşğul olmaq deyil, bunu rusiyalı hərbçilərə yükləyiblər. Xankəndiyə səfərlərin əsas məqsədi, “Dağlıq Qarabağ Respublikasının” var olduğunu göstərməkdir. Bunu Moskva da anlayır. Əks halda, səfərlərə anormal baxmayan Lavrov erməni rəsmiləri Dağlıq Qarabağa gələrkən təxribatçı açıqlamalardan çəkindirməzdi. Elə Azərbaycan ərazisinə qanunsuz səfərlərin məqsədi məhz budur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər