22 Yanvar 2021 11:41
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 27-də Ermənistana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

İranlı nazirin İrəvanda bu ölkənin rəhbər şəxsləri ilə görüşəcəyi deyilib. Danışıqların əsas mövzusunun Dağlıq Qarabağ olacağı ehtimal olunur.

Bundan əvvəl nazir Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Zərifin Bakı səfərinin yanvarın 24-25- tarixlərində baş tutacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər