Bu gün 31 erməni hərbçisinin cəsədi Ermənistana təhvil verilib. Onların bəzilərinin sənədləri var.
Teleqraf.com xəbər verir ki, bu barədə müharibə zamanı itkin düşənlərdən birinin qohumu Arsen Qukasiyan özünün Feysbuk səhifəsində yazıb.
Qukasyan əlavə edib ki, bu gün sənədləri olan cəsədlərin kimliyi ilə bağlı siyahı açıqlana bilər: “Əvvəlcədən 100 cəsədin təhvil veriləcəyini elan etdilər. Onların 61-i təhvil verildi, 39-u qalır. Sağ qalanların axtarışı üçün aparılan işlər heç bir nəticə vermədi. Sabah yenidən axtarışı davam edəcəyik”.
Qeyd edək ki, Qukasyanın açıqlamasında bu cəsədlərin Azərbaycan tərəfindən Ermənistana təhvil verildiyinin nəzərdə tutulub-tutulmadığı aydın olmur.