Video əlavə olunub:
11:10
***
“Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş rəhbəri Robert Köçəryanın əl-qolunu yenidən açdı”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert Ermənistanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“Robert Köçəryanın Moskvaya səfər etdikdən sonra seçkilərdə iştirak edəcəyini bildirməsi o deməkdir ki, Ermənistanda müxalifətin lideri və tənzimləyicisi yenidən köhnə oyunbaz olacaq. Əslində müharibədən sonrakı ilk iki ayda da Köçəryan 17 partiya və Manukyana təlimatlar verir və məqamını gözləyirdi. Moskvada Putinin Paşinyana Robert Köçəryanla bağlı fikir bildirməsi, Nikolun istintaqla bağlı geriyə addım atması və hətta onu xaricə buraxması onun əl-qolunu açmış oldu.
Onun “seçkilərdə iştirak edəcəyəm” bəyanatına cavab olaraq, hakim partiya dünənki toplantıdan sonra qərara gəlib ki, növbədənkənar seçkiləri keçirməyə heç bir əsas yoxdur, cəmiyyətin əksər hissəsinin belə bir tələbi yoxdur.
Bu arada Ermənistanın üçüncü Qarabağ müharibəsində kapitulyasiyasının ardınca Baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının -“Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: Yeni ittifaq uğrunda”.